Ekspress
- Bakı daxili, bir ünvandan bir ünvana
- Götürülmə 30 dəqiqə ərzində
- Təhvil anında şəkil və SMS
Sənəd, bağlama, onlayn sifariş
Kuryer ünvana gəlir, qəbz verir, təhvil anında şəkil göndərir. Qapıda yığılan pul növbəti iş günü hesabınıza keçir.
Çəki 5 kq, ölçü 40x40x40 sm. Böyük yüklər ayrıca hesablanır.
Haqqımızda
Aysera kuryer 2023-ci ildə iki velosipedlə işə başladı. İlk müştərilərimiz Instagram-da satış edən kiçik mağazalar idi.
Bu gün 35 kuryerimiz var: motosiklet, avtomobil və piyada marşrutlar. Hər çatdırılma qeydə alınır, təhvil anında şəkil çəkilir. Qapıda yığılan pul növbəti iş günü hesaba keçir, aylıq hesabatı faktura ilə göndəririk. Bağlama zədələnərsə zərəri özümüz ödəyirik, müştərini axtarmağa qoymuruq.

Ekspress sifarişdə 30 dəqiqə ərzində götürülür, 1 saata çatdırılır. Standart tarifdə səhər götürülüb axşama qədər təhvil verilir.
Kuryer pulu yığır, məbləğ növbəti iş günü hesabınıza köçürülür. Yığım haqqı məbləğin 1 faizidir.
200 ₼-a qədər dəyəri ödəyirik. Daha qiymətli yüklər üçün əvvəlcədən dəyər bildirilir və ayrıca şərt yazılır.
Bəli, avtovağzal və poçt vasitəsilə. Yükü ünvandan götürürük, izləmə nömrəsini sizə göndəririk.